Rəsmi Afina Azərbaycan qazının Türkiyə-Yunanıstan-İtaliya marşrutu ilə nəqlinə dair sazişin imzalanacağına ümid edir
· AZAL sentyabrın 19-dan Bakı-Lənkəran marşrutu ilə uçuşlara başlayır
· “Akkord”un inşa etdiyi yeni yaşayış kompleksinin təqdimatı olub - FOTO
AZAL sentyabrın 19-dan Bakı-Lənkəran marşrutu ilə uçuşlara başlayır
«Azərbaycan Hava Yolları» QSC (AZAL) bu ilin sentyabr ayının 19-da Bakı-Lənkəran marşrutu ilə ilk sərnişin aviareysi yerinə yetirəcək.
Bu barədə «Azərbaycan Hava Yolları» QSC-nin xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
M.Səfərlinin sözlərinə görə, sərnişin aviareysi həftənin I, III və V günləri həyata keçiriləcək. «AZAL» uçuşları Fransadan alınmış ATR markalı təyyarələr vasitəsi ilə yerinə yetiriləcək.
Biletlərin qiyməti isə Bakı-Lənkəran-Bakı istiqamətində 82 manat, bir tərəfə isə 41 manat məbləğində müəyyənləşdirilib.
Qeyd edək ki, hazırda «AZAL» ölkə daxilində yalnız Bakı-Gəncə və Bakı-Naxçıvan marşrutları ilə sərnişin aviareysləri yerinə yetirir.
“Akkord”un inşa etdiyi yeni yaşayış kompleksinin təqdimatı olub - FOTO
«Akkord» Şirkətlər Qrupu inşa etdiyi daha bir yaşayış sahəsini sakinlərin ixtiyarına verib. Şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən daxil olan məlumata görə, paytaxtın Xətai rayonunda, «Həzi Aslanov» metrostansiyasının yaxınlığında yerləşən 6 binadan ibarət yaşayış kompleksi bu gün sakinlərə təqdim olunub. Bakı şəhərinin ümumi ansamblı ilə harmoniya təşkil edən binaların tikintisində yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib, binalar möhkəm seysmik konstruksiyaya malikdir, ventilyasiya, yanğınsöndürmə və drenaj sistemləri ilə təchiz olunub, evlərdə mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb. Bundan başqa, mini rəqəmsal telefon mərkəzi, daimi isti və soyuq su, ehtiyat generatorlar, yeraltı qarajlar və 24 saatlıq mühafizə də sakinlərin ixtiyarındadır.
Kompleksin açılış mərasimində iştirak edən «Akkord» Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Hikmət Qəribov və Xətai RİH-in rəhbəri Razim Məmmədov rəmzi qırmızı lenti kəsiblər. Mərasimdə ənənəyə uyğun olaraq sakinlər arasında qiymətli məişət əşyalarından ibarət uduş kampaniyası da keçirilib. Kompleksin 120 sakini bu hədiyyələrə sahib olub.
Tədbirdə yaxın vaxtlarda «Akkord»un Yasamal rayonunda inşa etdiyi 220 mənzilli binanın da sakinlərin ixtiyarına veriləcəyi bildirilib.
Rəsmi Afina Azərbaycan qazının Türkiyə-Yunanıstan-İtaliya marşrutu ilə nəqlinə dair sazişin imzalanacağına ümid edir
Yunanıstan hökuməti Azərbaycan qazının Türkiyə-Yunanıstan-İtaliya marşrutu ilə Avropaya nəql olunmasına dair sənədin imzalanacağına ümid edir. Qərb mətbuatına istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın inkişaf naziri Xristos Folias bildirib.
Nazirin sözlərinə görə, o, sentyabrın 9-da Bakıda keçiriləcək energetika konqresində iştirak edəcək və bu məsələni Azərbaycan tərəfi ilə müzakirə edəcək: «Biz bu məsələni həmkarlarımızla müzakirə edəcəyik. Lakin konqresdə bütün iştirakçı ölkələrin sahə nazirləri iştirak etmədiyinə görə yekun sənədin imzalanması mümkün olmayacaq. Buna baxmayaraq inanıram ki, hər dörd ölkənin nazirləri tezliklə bir araya gələrək bu sazişi imzalayacaq. Çünki dörd ölkənin hər biri sazişin imzalanmasını istəyir».
Bu məlumatlar «APA-Economics»in Azəri-Press Agentliyinindir











