Xos gelmisiniz!!!

 Hər kəsin insan haqları qorunmalıdır! : Moskvada partlayış zamanı ölən və yaralanan soydaşlarımızın adları məlum olub
Reklam verin!

Moskvada partlayış zamanı ölən və yaralanan soydaşlarımızın adları məlum olub

Yazar: Intigam @ Sentyabr 5, 2008 20:27

  

         Azərbaycanın xəbərləri 

·  Bələdiyyə sədri 8 il müddətinə azadlıqdan məhrum edilib

·  Moskvada partlayış zamanı ölən və yaralanan soydaşlarımızın adları məlum olub

·  Azərbaycanın vəhşi təbiət ərazilərində epidemioloji baxımından təhlükəli infeksion xəstəliklərin törədiciləri yoxdur

·  Penitensiar Sistemə Nəzarət İctimai Komitənin üzvləri 16 saylı Cəzaçəkmə Müəssisəsində olublar

·  Hüquq müdafiəçisi polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinqlərə başlayıb

·  TQDK-nın nümayəndə heyəti İAEA-nın İngiltərədə keçirilən konfransında iştirak edir

·  Bu gün Azərbaycanın bölgələrində daha 4 əmək yarmarkası keçirilib

·  Gəncədə müəllimlərin konfransında məktəb direktorlarına xəbərdarlıq edilib

Bələdiyyə sədri 8 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə rüşvət almaqda təqsirləndirilən Bakı şəhər Binəqədi rayonu Məmməd Əmin Rəsulzadə bələdiyyəsinin sabiq sədri Məcnun Əliyevə və bələdiyyənin əməkdaşlarına hökm oxunub. Xəbərə görə, məhkəmənin hökmü ilə Məcnun Əliyev 8, bələdiyyənin təsərrüfat bölməsinin müdiri Aydın İsmayılov 3, təsərrüfat bölməsinin aparıcı mütəxəssisi Nizami Əzizov 6, təsərrüfat bölməsinin alqı-satqı işləri ilə məşğul olan əməkdaşı Nuru Məmmədov 5 və bələdiyyənin digər əməkdaşı İnqilab Ağalarov 6 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilənlər vətəndaşların şikayət ərizələri əsasında bu il yanvarın 23-də həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi üzrə ittiham olunurlar.

Moskvada partlayış zamanı ölən və yaralanan soydaşlarımızın adları məlum olub

Moskvada “Artizan” kafesində baş verən partlayış nəticəsində ölən soydaşımızın şəxsiyyəti dəqiqləşib. Məlumata görə, bu, 53 yaşlı Hüseyn Əkbər oğlu Kərimovdur. Hadisə zamanı yaralanan Azərbaycan vətəndaşlarının bəzilərinin də adlarını müəyyənləşdirmək mümkün olub. Bunlar 23 yaşlı Rafiq Allahverdiyev, Namiq Nəsibov və İbad Hüseynovdur. Bundan başqa partlayış zamanı kafedə olan 32 yaşlı Natalya adlı bir qadın da yaralanıb. Yaralılar kafeyə bir müddət əvvəl xərçəng xəstəliyindən vəfat etmiş 43 yaşlı soydaşımızın cümə axşamı məclisində iştirak etmək üçün toplaşdıqlarını bildiriblər. Hadisə zamanı kafedə 50-dən artıq soydaşımız olub.
Cinayətin motivləri bəlli deyil.
Azərbaycanın vəhşi təbiət ərazilərində epidemioloji baxımından təhlükəli infeksion xəstəliklərin törədiciləri yoxdur

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin İnkişafı Departamentinin nəzdində yaradılan Vəhşi təbiətə epidemioloji nəzarət Laboratoriyası bu ilin yanvar-avqust ayları ərzində respublikanın müxtəlif bölgələrində, xüsusən təbiət əraziləri, Milli Parklar, yasaqlıqlar, qoruqlarda və s. ümumi epizooloji və epidemioloji durumu öyrənmək məqsədilə vəhşi təbiətdən 270-dək nümunə götürərək tədqiq edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan hissəsində bioloji ehtiyatları öyrənmək məqsədilə təşkil olunmuş növbəti ekspedisiya zamanı bir sıra müxtəlif bionümunələr yığılıb və dəniz canlıları arasında yayılma ehtimalı olan heyvanat xəstəliklərinin (taun, xlamidioz, brusellyoz və s.) mövcudluğunu araşdırmaq üçün laborator müayinələr aparılıb. Müayinələr nəticəsində hazırda respublikanın vəhşi təbiət ərazilərində epidemiya baxımından təhlükəli infeksion xəstəlik törədicilərinin yayılmadığı aşkarlanıb.
Hazırda isə laboratoriyada Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında vəhşi təbiətdən, o cümlədən qanunsuz saxlanılan yerlərdən müsadirə olunaraq saxlanılan və reabilitasiya olunan halsız, xəstə heyvan və quşlardan (canavar, çaqqal, tülkü, maral, çöl dovşanı, bildirçin, qırqovul, tüklüayaq sar, şahin, və s.) götürülən nümunələr analiz edilir. Avqustda Mərkəzdə saxlanılan heyvanlardan götürülən analizlərin təhlili nəticəsində canavarda dezinteriya bakteriyasının çubuqları, çaqqalda infeksion olmayan, lakin qastritə səbəb olan E.coli bakteriyasının titrının həddindən yüksək olmasını, PZR üsullu analiz şahinlərdə xlamidiya bakteriyasının DNT-nin mövcudluğunu aşkarlayıb. Həmin heyvanlar tam sağaldıqdan sonra vəhşi təbiətə buraxılıb.

Penitensiar Sistemə Nəzarət İctimai Komitənin üzvləri 16 saylı Cəzaçəkmə Müəssisəsində olublar

Bu gün Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət İctimai Komitənin bir qrup üzvü 16 saylı Cəzaçəkmə Müəssisəsində olub. Bu barədə məlumat verən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev bildirib ki, onlar cəzaçəkmə müəssisəsində məhkumların saxlanma şəraiti, qidalanma və müalicə proseslərinin necə həyata keçirilməsi ilə maraqlanıblar. Müəssisədə şəraitin standartlara cavab verdiyinin deyən Ə. Nuriyevin sözlərinə görə, məhkumların yaxın adamları ilə qısa və uzun müddətli görüşləri yüksək səviyyədə təşkil edilir.
Qeyd edək ki, bu cəzaçəkmə müəssisəsində müxtəlif müddətlərə cəza alan 803 məhkum saxlanılır.

Hüquq müdafiəçisi polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinqlərə başlayıb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Qəbələ, Oğuz, Şəki rayonlarının polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib. Komitə sədri bildirib ki, monitorinq zamanı hər hansı nöqsan aşkarlamayıb: “Təcridxanalarda saxlanılan şəxs yox idi. Hər üç saxlanma yeri təmir edilib”. E. Behbudov bu gün və sabah Azərbaycanın şimal-qərbində yerləşən digər rayonların polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına da baş çəkəcək.

TQDK-nın nümayəndə heyəti İAEA-nın İngiltərədə keçirilən konfransında iştirak edir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə başda olmaqla TQDK-nın nümayəndə heyəti Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA - International Association for Educational Assessment) sentyabrın 5-dən 14-dək İngiltərədə keçiriləcək konfransında iştirak edir. TQDK-nın İctim
аiyyətlə Əlаqələr Sеktоrundan daxil olan məlumata görə, konfransın təşkilatçısı təhsilin qiymətləndirilməsi ilə məşğul olan Avropanın ən böyük təşkilatı - Cembridge Assesment qurumudur. “Qiymətləndirmənin yeni interpretasiyası: Cəmiyyət, Ölçü və Əhəmiyyət” mövzusunda keçirilən konfransın məqsədi təhsil və qiymətləndirmə sahəsində dünyanın aparıcı mütəxəssisləri və təhsil müəssisələri rəhbərlərinin qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Azərbaycan nümayəndə heyətinin konfransda iştirakı isə təhsil və qiymətləndirmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək və ölkəmizin təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiyasına yeni imkanlar yaratmaq məqsədi güdür.

Xatırladaq ki, TQDK 1999-cu ildən IAEA-nın üzvüdür. 2007-ci ilin sentyabrında IAEA-nın Bakıda keçirilən 33-cü beynəlxalq konfransında TQDK sədri Məleykə Abbaszadə qurumun İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

Bu gün Azərbaycanın bölgələrində daha 4 əmək yarmarkası keçirilib

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi bu gün Şirvan şəhəri, Şamaxı, Tərtər və Balakən rayonlarında əmək yarmarkaları keçirib.
İdarədən verilən məlumata görə, Şamaxıda keçirilən yarmarkada 26 müəssisə 175 vakant iş yeri təqdim edib. Bu yarmarkada 86 nəfər işaxtaran müvafiq işlərə göndəriş alıb, 20 nəfər peşə hazırlığı kurslarına, 28 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Balakəndə keçirilən yarmarkada 35 müəssisə 197 vakant iş yeri təqdim edib. Nəticədə, 63 işaxtaran müvafiq işlərə göndəriş alıb, 12 nəfər peşə hazırlığı, 12 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Tərtər rayonunda təşkil olunmuş yarmarkada 16 müəssisənin təqdim etdiyi 116 vakant iş yerinə 114 nəfər göndəriş alıb.
Şirvan şəhərində keçirilən yarmarkada isə 45 müəssisə 368 vakant iş yeri təqdim edib, 222 işaxtaran müvafiq işlərə, 16 nəfər peşə hazırlığı kurslarına cəlb olunub.
İdarədən bildirilib ki, ümumilikdə bu il respublikanın 37 şəhər və rayonunda 38 yarmarka keçirilib. Bu yarmarkalarda 1 357 müəssisə 13 min 42 boş iş yeri təqdim edib. Yarmarkalarda 3 664 nəfər münasib işlərə göndəriş alıb, 340 nəfər peşə hazırlığı, 227 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.


Gəncədə müəllimlərin konfransında məktəb direktorlarına xəbərdarlıq edilib

Gəncə şəhər təhsil işçilərinin ümumşəhər konfransda 2007 -2008 –ci il tədris ilində məktəb direktorlarının işlərində bir sıra nöqsanlar olduğu bildirilib. Gəncə şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyevin Qərb bürosuna verdiyi məlumata görə, 9 saylı orta məktəbin direktoru Bahar Bağırova "Şahin" hərbi idman oyunları zaman pis nəticələr göstərdiyinə görə, tutduğu vəzifədən azad edilib. Konfransda bu il ali təhsil ocaqlarına şagirdlərin çox aşağı göstəricilərlə daxil olduqlarını nəzərə alaraq 27, 33, 40, 41, 44 saylı məktəblərin direktorlarına ciddi tapşırıqlar verilib. Konfransda iştirak edən təhsil nazirinin müavini İradə Hüseynova bildirib ki, qərb bölgəsindəki ucqar kəndlərdə müəllim çatışmazlığı var və bunu aradan götürmək üçün ali təhsil ocaqlarında məzunlar arasında maarifləndirmə işi aparılmalıdır.

Bu məlumatlar Azəri-Press Agentliyinindir (APA)

Xəbərlər | Şərhlər(0)
Baxış sayı: 70
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha