Xos gelmisiniz!!!

 Hər kəsin insan haqları qorunmalıdır! : Azərbaycanlıların hüquqları uğrunda İranda azadliq ugrunda hərəkat fəalı həbsdən evə buraxılıb
Reklam verin!

Azərbaycanlıların hüquqları uğrunda İranda azadliq ugrunda hərəkat fəalı həbsdən evə buraxılıb

Yazar: Intigam @ Sentyabr 5, 2008 20:20

 

                       Dünya xəbərləri  

·  İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəalı həbsdən evə buraxılıb

İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəalı həbsdən evə buraxılıb

İranda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Höccət-ül-İslam Əbdüləziz Əzim Qədimi 10 günlük evə buraxılıb. İrandakı mənbələrdən verilən məlumata görə, ailəsindən bildirilib ki, Qədiminin səhhətində problem yoxdur və 3 gündən sonra Qum şəhərindəki “Ləngəvud” həbsxanasına qayıdacaq.

Qeyd edək ki, Qədimi Səttarxan və Bağırxanın məzarı üzərində keçirilən mitinqlərdə, o cümlədən Babək qalasına yürüşdə ruhani paltarında iştirak edib, bu isə İranda dindarlar üçün nəzərdə tutulan mövcud qaydalara zidd hesab olunur. Bu səbəbdən iki il öncə Qədimi 1 illik şərti həbs cəzası ilə yanaşı, 10 il müddətinə ruhani paltarı geyinməkdən məhrum edilib.

Mayın 2-də isə onun barəsində 1 illik həbs qərarı verilib. Qədimi milli, irqi və sosial düşmənçilik salmaqda təqsirləndirilir. Avqustun 12-də isə ona qarşı daha bir ittiham irəli sürülüb. Təbriz İnqilab Məhkəməsinin həmin gün keçirilən hazırlıq iclasında onun dövlət quruluşuna qarşı fəaliyyət göstərdiyi elan olunub. Növbəti prosesin vaxtı hələlik məlum deyil.

Bu məlumatlar Azəri-Press Agentliyinindir (APA)

Dünya xəbərləri | Şərhlər(0)
Baxış sayı: 63
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha