Ağasəlim Mircavadov Azərbaycan yığmasından narazıdır
· Türk futbolçuları İrəvana çatdılar
· Ağasəlim Mircavadov Azərbaycan yığmasından narazıdırTürk futbolçuları İrəvana çatdılar
«Ay-ulduzlular»ın ilkin heyəti açıqlanıb
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah “Razdan” stadionunda Ermənistanla oynayacaqlarını deyən TFF başçısı məqsədlərinin yalnız qələbə qazanmaq olduğunu vurğulayıb: “Bizi Ermənistan yığması ilə iki çətin oyun gözləyir. Amma məqsədimiz bu görüşlərdə maksimum xal toplamaqdır”.
İdmanı siyasətlə qarışdırmamağı məsləhət görən M. Özgener Ermənistana adi bir oyuna gəldiklərini deyib.
Türkiyəli futbolçular hava limanının çıxışında onları gözləyən avtobusla “Golden Palace” otelinə doğru hərəkət ediblər.
«Razdan» stadionunda baş tutacaq qarşılaşmanın ilkin heyəti açıqlanıb.
«Ay-ulduzlular»ın qapısını ermənilərdən Volkan Dəmirəl qoruyacaq.
Müdafiədə Gökhan Gönül, İbrahim Kaş, Sərvət Çətin, Hakan Balta, yarımmüdafiədə isə Sərdar Özkan, Mehmet Aurelio (Mehmet Topal), Əmrə Belözoğlu, Arda Turan oynayacaq. Hücumda isə Tuncay Şanlı, Semih Şəntürkdür.
Heyətin başında həmişəki kimi Fatih Terim dayanacaq.
Ağasəlim Mircavadov Azərbaycan yığmasından narazıdır
“Mən milli komandada ayda 12-14 dollar maaş alırdım, amma Foqts 2 milyon avroya işləyir”
“Berti Foqtsun rəhbərliyi altında Azərbaycan yığmasının bir-iki oyununu izləmişəm. Yalnız onu deyə bilərəm ki, Foqtsun heyəti hələ hazır deyil”. Bunu Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Hazırda işsiz olan Mircavadov Foqtsun hələ də axtarışda olduğunu söyləyib: “O, heyətdə çox dəyişiklik edir. Müdafiə və yarımmüdafiədə problemlər var. Hücumda da vəziyyət istənilən səviyyədə deyil”.
6 sentyabr Azərbaycan milli komandasının tarixinə ən böyük hesablı məğlubiyyətlə düşüb. 1995-ci ilin həmin tarixində Oserdə Fransaya 0:10 hesabı ilə uduzduğu matçda Azərbaycan yığmasının baş məşqçisi Mircavadov olub. Əlamətlərə inanmadığını vurğulayan Mircavadovun sözlərinə görə, o vaxtdan artıq 13 il keçib və bu müddətdə məşqçilər, futbolçular, elə maliyyə vəziyyəti də dəyişib: “Mən həmin dövrdə yığmada ayda 12-14 dollar maaş alırdım, Foqts isə 2 milyon avroya işləyir”.
Bununla belə, Mircavadov bildirib ki, Uels yığması ilə sabahkı rəsmi oyunda milli komandamızdan inamlı oyun gözləyir: “Komandamız Kardiffdə çılğın oynamalıdır. İnam olmayan yerdə işləməyə dəyməz. Azərbaycan yığmasının yeni seçmə mərhələyə uğurla start götürəcəyinə ümidimiz böyükdür”.
Qeyd edək ki, A.Mircavadov Azərbaycan yığmasının sükanı arxasında xal qazana bilməyib.
Bu xəbərlər “APA-Sport” agentliyinindir














