Xos gelmisiniz!!!

 Hər kəsin insan haqları qorunmalıdır! : Oğurluqda ittiham edilən FİFA hakimləri kimdir?
Reklam verin!

Oğurluqda ittiham edilən FİFA hakimləri kimdir?

Yazar: Intigam @ İyul 3, 2008 21:19

                    S i y a s ə t

                     

·  Rusiya prezidenti Böyük Vətən Müharibəsində öldüyü güman edilən Azərbaycan vətəndaşına orden verib

         A z ə r b a y c a n ı n  i ç 

                X ə b ə r l ə r i

                       

·  Sergey Strekalinin işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib

·  Bakıda çoxmərtəbəli binanın uçması faktına görə təqsirləndirilənlərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq

               İ q t i s a d i y y a t

   

·  Aleksandr Miller: “İlin sonuna kimi Avropaya satılan hər min kubmetr qazın qiyməti 500 dollara kimi yüksələ bilər”

·  Azərbaycanın iqtisadi inkişaf naziri BP şirkətinin iqtisadçıları ilə görüşüb

                M ə d ə n i y y ə t 

      

                                              

·  Türkiyənin tanınmış klarnet ifaçısı Hüsnü Şənləndirici Azərbaycanın “Mirzəyi" xalq rəqsini ifa edəcək

                       İ d m a n

                       

·  Oğurluqda ittiham edilən FİFA hakimləri kimdir?

·  “Moskva” Azərbaycan yığmasına çağırılan futbolçunu 3,5 milyon dollara transfer edib

Siyasət

Rusiya prezidenti Böyük Vətən Müharibəsində öldüyü güman edilən Azərbaycan vətəndaşına orden verib

Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan vətəndaşı Ağadadaş Səmədova II və III dərəcəli Şöhrət ordenlərini təqdim edib. Məlumata görə, A. Səmədov bu ordenlərlə Böyük Vətən Müharibəsi dövründə təltif olunub, amma həlak olduğu güman edildiyi üçün ala bilməyib. 1942-ci ildə Ukrayna ərazisindəki Dubno yaşayış məntəqəsində gedən döyüşlərdə A. Səmədovun tərkibində olduğu rota geri çəkilsə də, azərbaycanlı əsgər əsas qüvvələr köməyə gələnə qədər müdafiə xəttində düşmənə təkbaşına müqavimət göstərib və buna görə III dərəcəli Şöhrət ordeni ilə təltif olunub. O, Visla-Oder əməliyyatında və Berlinin alınmasında da iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə 1945-ci ildə II dərəcəli Şöhrət ordeni ilə təltif olunub. 1945-ci ilin dekabrında vətənə qayıdan A. Səmədov 1980-ci ildə təqaüdə çıxana qədər aqronom işləyib. 84 yaşlı A. Səmədov 12 uşaq atasıdır və 44 nəvəsi, 36 nəticəsi var.

Xəbər

Sergey Strekalinin işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib

Günün ikinci yarısında Nəsimi rayon məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Aqil Xəlil prosesdə zərərçəkmiş qismində ifadə verib. O bildirib ki, ona bıçaqla Sergey Strekalin xəsarət yeriməyib. İfadə verən şəxs Sergey Strekalini ümumiyyətlə tanımadığını bildirib. Aqil Xəlil ittiham olunan şəxsi tanıması barədə istintaqa verdiyi ifadəsindən də imtina edib. Məhkəmə prosesi iyulun 7-də davam edəcək. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur.


Bakıda çoxmərtəbəli binanın uçması faktına görə təqsirləndirilənlərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq

Bakının Murtuza Muxtarov küçəsində 17 mərtəbəli binanın uçması faktı ilə bağlı təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə iyulun 15-də baxılacaq. Bu barədə Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib. Prosesə hakim Etibar Nəbiyev sədrlik edəcək. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə “Mütəfəkkir” MMC-nin baş mühəndisi Əsgər Əliyev 9 il, həmin şirkətin iş icraçıları - Fərhad Həsənov 7 il, Qədir Səlimov 5 il 6 ay, Mürsəl Haqverdiyev 5 il, memar Eldar Rəhimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə təqsirləndirilən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı idarəsinin sabiq rəisi Akif Məhərrəmovun isə 8 ay müddətinə şərti azadlıqdan məhrum olunması barədə hökm çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, bu iş üzrə təqsirləndirilən “Mütəfəkkir” MMC-nin rəhbəri Əli Muradov ötən ilin noyabrında həbsxanada dünyasını dəyişib.

İqtisadiyyat

Aleksandr Miller: “İlin sonuna kimi Avropaya satılan hər min kubmetr qazın qiyməti 500 dollara kimi yüksələ bilər”

“İlin sonuna kimi Avropa ölkələrinə satılan Rusiya qazının hər min kubmetrinin qiyməti 500 dollaradək yüksələcəyini proqnozlaşdırırıq”. Bu fikirləri “Qazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksandr Miller ölkənin enerji siyasətini şərh edərkən deyib. Onun sözlərinə görə, Avropaya nəql edilən mavi yanacağın hər min kubmetrinin qiymətinin 1000 dollaradək bahalaşması ehtimalı yox deyil: “Əgər dünya bazarında bir barel neftin qiyməti 250 dollara çatarsa, o zaman mavi yanacağın hər min kubmetrinin qiyməti 1000 dollar olacaq”. Aleksandr Miller mavi yanacağın qiymətinin 1000 dollarlıq psixoloji həddə çatmasının şirkət üçün yenilik olmadığını söyləyib: “Elə dövrlər olub ki, “Qazprom”un müəyyən müqavilələr üzrə satdığı mavi yanacağın qiyməti 1000 dollardan da çox olub”.


Azərbaycanın iqtisadi inkişaf naziri BP şirkətinin iqtisadçıları ilə görüşüb
 

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Bakıda səfərdə olan BP şirkətinin iqtisadiyyat qrupunun MDB üzrə baş iqtisadçısı Vladimir Drebentsovu qəbul edib.
Şirkətin makroiqtisadçısı Tit Erkerin də iştirak etdiyi görüşdə BP şirkəti tərəfindən hazırlanmış «Dünya Enerjisi 2008» hesabatı dinlənilib və fikir mübadiləsi aparılıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
H.Babayev qeyd edib ki, bir sıra beynəlxalq layihələrin fəal iştirakçısı olan Azərbaycan daxili tələbatını ödəməklə yanaşı, həm də neft-qaz ehtiyatlarını dünyanın bir sıra ölkələrinə ixrac edir. Dünya iqtisadiyyatı, xüsusilə də enerji sahəsi sürətlə inkişaf etdiyindən proqnozlar və hesabatlar ölkələrin gələcək fəaliyyət planın hazırlanmasında əhəmiyyətlidir. Nazir bildirib ki, proqnozlaşdırmanın iqtisadiyyatdakı rolunun vacibliyini nəzərə alaraq, Nazirliyin bu sahədəki işinin səmərəliliyinin artırılması məqsədilə yeni şöbə yaradılıb.
V.Drebentsov isə BP tərəfindən hazırlanmış «Dünya Enerjisi 2008» statistik bülleteni barədə də məlumat verib. O, bildirib ki, BP şirkəti 57 ildir müntəzəm olaraq dünyada enerji ehtiyatları ilə bağlı statistik təhlillər aparır. Nəşr dünya enerji bazarı ilə əlaqədar araşdırmalar əsasında əldə olunan göstəriciləri də özündə əks etdirir. Nəşrdən hökumətlər, enerji şirkətləri, elm adamları və media tərəfindən istinad sənədi kimi istifadə olunur.
BP təmsilçisi «Dünya Enerjisi 2008» statistik bülletenində əksini tapmış bir sıra göstəricilərə də toxunub. Statistik rəqəmlərə əsasən, dünyanın təsdiqlənmiş neft ehtiyatları 2007-ci ilin sonunda 1 237,9 mlrd. barel olub. Təsdiqlənmiş neft ehtiyatlarının 61%-i Orta Şərq regionu, 11,6%-i isə Avrasiya bölgəsinin payına düşür. Ötən il, keçmiş SSRİ ölkələri istisna olmaqla, digər qrup ölkələrin (OPEC, İƏİT, Avropa İttifaqı) neft hasilatı azalıb.
Görüşün sonunda BP şirkəti tərəfindən hazırlanmış «Dünya Enerjisi 2008» hesabatının təqdimatı keçirilib.

Mədəniyyət

Türkiyənin tanınmış klarnet ifaçısı Hüsnü Şənləndirici Azərbaycanın “Mirzəyi" xalq rəqsini ifa edəcək

Türkiyənin tanınmış klarnet ifaçısı Hüsnü Şənləndirici Azərbaycanın “Mirzəyi" xalq rəqsini ifa edəcək. Bu barədə “Şeron” qrupunun rəhbəri Rüstəm Zeynallı məlumat verib. O bildirib ki, rəqsin musiqisi yaxın günlərdə yeni aranjmanda Hüsnü Şənləndiriciyə təqdim ediləcək: “Bu ayın 5-də İstanbula səfər edəcəyəm. Səfərimin məqsədi rəqsin yeni aranjmanını Hüsnüyə verməkdir. Bizim xalq rəqsimiz musiqiçinin hazırladığı alboma da daxil ediləcək. Albomda ilk ifa elə “Mirzəyi” olacaq”.

İdman

Oğurluqda ittiham edilən FİFA hakimləri kimdir?

Ermənistanlı iki futbol hakimi Artur İqityan və Arman Eritsyan ömürlük diskvalifikasiya ediliblər. Buna hakimlərin Kiprin paytaxtı Limasolda yerləşən mağazadan oğurluq etmələri səbəb olub. Ermənistan Futbol Federasiyasının mətbuat xidmətinin yaydığı bəyanatda belə deyilir: “İyunun 28-də İntertoto kubokunun birinci mərhələsinin cavab görüşü çərçivəsində Kiprin “Etnikos” və Albaniyanın “Besa” klubları arasında oyunu ermənistanlı Karen Nalbandyanın başçılıq etdiyi hakimlər briqadasına tapşırılmışdı. Matçdan sonra Nalbandyanın köməkçiləri Artur İqityan və Arman Eritsyan Limasol mağazalarının birindən oğurluq ediblər”. Bununla bağlı iyulun 2-də Ermənistan Futbol Federasiyasının Hakimlər Komitəsinin növbədənkənar iclası keçirilib. Toplantıda FİFA laynsmanları A.İqityan və A.Eritsyanın futboldan ömürlük uzaqlaşdırılmaları barədə qərar çıxarılıb.


“Moskva” Azərbaycan yığmasına çağırılan futbolçunu 3,5 milyon dollara transfer edib

Rusiya Premyer Liqasında çıxış edən soydaşımız Aleksandr Səmədov komandasını dəyişib. 25 yaşlı futbolçu son üç ildə çıxış etdiyi “Lokomotiv”dən Moskvanın eyniadlı klubuna keçib. Futbolçunun transfer məbləği 3,5 milyon dollar təşkil edib. A.Səmədov 2005-ci ilin yayından şərəfini qoruduğu “Lokomotiv”in heyətində keçirdiyi 57 oyunda 7 qol vurub. “Moskva”nın ukraynalı baş məşqçisi Oleq Bloxin onu autsayderlər sırasında qərarlaşan komandasını gücləndirmək məqsədilə transfer edib.
Qeyd edək ki, atası Gəncə şəhərindən olan A.Səmədov Azərbaycan milli komandasında oynamaqdan imtina edərək, Rusiya yığmasının şərəfini qorumağı üstün tutub. O, beş il öncə Bakıda yığmamızın düşərgəsində yer alıb və ikitərəfli oyunda iştirak edib. Bundan sonra Azərbaycan millisindən rəsmi oyunlara dəvəti cavabsız qoyan A.Səmədov Rusiyanın olimpiya yığmasında oynadığını bəyan edib.

Siyasət, Idman, Xəbərlər, Mədəniyyət, İqtisadiyyat | Şərhlər(0)
Baxış sayı: 53
Açar sözlər:
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha